10:33 22-10-2016
news_image
652
TOP OYUNLARI

Dünya çempionatında yarımfinalçılar bilindi

Qadın voleybolçular arasında klublararası dünya çempionatında qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Manilada keçirilən yarışda yarımfinala yüksələn komandaların adına aydınlıq gəlib.

 

Belə ki, A qrupunda yer alan “Əczaçıbaşı” (Türkiyə) hər 3 oyununu 3 xalla başa vuraraq, lider kimi mərhələ adlayıb. Yalnız İstanbul təmsilçisinə uduzan “Kasalmaqqiore” (İtaliya) ikinci olub. Qrupda növbəti pillələrdə müvafiq olaraq, “Rexona” (Braziliya) və “PSL – F2 Loqistiks” (Filippin) klubları qərarlaşıblar.

 

B qrupunun qalibi “Volero”da (İsveçrə) ilk 3 qarşılaşmasını məğlubiyyətsiz başa vurub. Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Sürix təmsilçisi “Əczaçıbaşı”ndan fərqli, bir matçı 2 xalla bitirib – 8 xal. Onlardan 1 xal geri qalan Türkiyə “Vakıfbank”ı qrup ikincisi olub. Son 2 yeri müvafiq olaraq, “Hisamitsu” (Yaponiya) və “Banqkok Qlass” tutub.

 

Beləliklə, yarımfinalda “Əczaçıbaşı” “Vakıfbank”ı, “Volero” “Kasalmaqqiore”ni sınağa çəkəcək. Qrupda son 2 pillənin sahibləri isə 5-8-ci yerlə uğrunda oynayacaqlar.