15:03 22-10-2016
news_image
1374
DİGƏR NÖVLƏR

Yığmamızın sabiq baş məşqçisi vəfat edib

Tennis üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Sergey Lixaçev vəfat edib. Apasport.az saytının məlumatına görə, 15 qat SSRİ çempionu oktyabrın 18-də Moskvada dünyasını dəyişib. O, 77 yaşında vəfat edib.

 

Qeyd edək ki,  Lixaçev 1973-cü ildə milli komandada son matçını keçirib. O, 1 il sonra SSRİ çempionu olsa da, məşqçiliyə başlayıb. Lixaçev Bakının “Leçi” klubunda işləyib. Sonradan Azərbaycan millisinin “sükanı arxasına” keçən mütəxəssis SSRİ yığmasında ikinci məşqçi kimi də çalışıb. 1991-ci ildə SSRİ Tennis Federasiyasının təyinatı ilə Portuqaliyaya gedib və bir neçə il də orda çalışıb.