10:20 24-10-2016
news_image
869
TOP OYUNLARI

Çempionlar Liqası: ikisi tamam, ikisi davam

Qadın voleybolçular arasında Çempionlar Liqasında I təsnifat mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk 2 qarşılaşmadan sonra mərhələ adlayan 2 klub dəqiqləşib.

 

Belə ki, Kosovoda “Drita”nı məğlub edən Bolqarıstan “Maritsa”sı evdə də rəqibinə set verməyib. Mərhələnin digər cütündə isə “Kohila” (Estoniya) da “Luka”nı (Monteneqro) ikinci dəfə məğlub edib.

 

1-ci təsnifat mərhələsi

“Luka” (Monteneqro) – “Kohila” (Estoniya) – 2:3 (25:18; 19:25; 25:18; 22:25, 13:15)

İlk matç: 1:3

 

“Maritsa” (Bolqarıstan) – “Drita” (Kosovo) - 3:0 (25:13; 25:18; 25:15)

İlk matç: 3:0

 

Beləliklə, “Kohila” və “Maritsa” mübarizəni II təsnifat mərhələsində davam etdirəcəklər. Bu mərhələnin cütləri belədi:

 

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

3. “Minçanka” (Belarus) - “Hameenlinna” (Finlandiya)

4. “Maritsa” (Bolqarıstan) – “Əczaçıbaşı” (Türkiyə)

5. “Linamar” (Macarıstan) - “Agel” (Çexiya)

6. “Makkabi” (Hayfa, İsrail) - “Dabrova Qornitsa” (Polşa)

7. “Kalsit” (Sloveniya) - “Modena” (İtaliya)

8. “Bimal-Yedinstvo” (Bosniya və Herseqovina) - “Kann” (Fransa)

9. “Kohila” (Estoniya) - “Vizura” (Serbiya)

10. “Ximik” (Ukrayna) - “Dinamo” (Krasnodar, Rusiya)

 

Qeyd edək ki, ümumilikdə 30 komandanın qatılacağı Çempionlar Liqasına Bakının “Azərreyl” və “Telekom” klubları qrup mərhələsindən start verəcəklər. Qrup mərhələsinə kimi isə 3 təsnifat mərhələsi olacaq.