11:16 25-10-2016
news_image
1700
DÖYÜŞ NÖVLƏRİ

Toğrul Əsgərova uduzan idmançı toxunulmaz qaldı

Beynəlxalq Olimpiya Komitəsi London Yay Olimpiya Oyunlarının mükafatçısı Besik Kudoxu medaldan məhrum etməyəcək. Apasport.az saytının məlumatına görə, bunu Dünya Güləş Birliyi Avropa Şurasının vitse-prezidenti və Rusiya Güləş Federasiyasının I vitse-prezidenti Georgi Bryusov açıqlayıb.

 

O bildirib ki, 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişən güləşçinin dopinqdən istifadəsi ilə bağlı araşdırmalar son verilib. Bununla da Londonda finalda Azərbaycan pəhləvanı Toğrul Əsgərova uduzan rusiyalının medalı toxunulmaz qalacaq.

 

Qeyd edək ki, bir qədər öncə Kuduxovun gümüş medalının Yoqeşvar Datta veriləcəyi açıqlanmışdı. Hindistanlı idmançı isə bundan rəsmən imtina etmişdi. Bu rəsmiləşsəydi, KXDR idmançısı Li Çjon-Me də “bürünc”ə sahib çıxacaqdı.