09:35 31-10-2016
news_image
660
TOP OYUNLARI

Yığmamızın hücumçusu Superliqada komandasının ən yaxşısı oldu

Qadın voleybolçular arasında Türkiyə Superliqasında II turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” “Sarıyer Bld” klubunun qonağı olub.

 

Görüş təmsilçimizin komandasının asan qələbəsi ilə başa çatıb. “Çanakkale Bld” set vermədən qalib gəlib – 3:0 (25:20; 28:26; 28:26).

 

Yanının matçda klubunun ən yaxşısı olub. O, rəqibdən 15 xal alıb.

 

Bu qələbə “Çanakkale Bld”un turnir cədvəlində ikinci yerdə qalmasını da təmin edib. Hələlik uduzmayan 2 klubdan biri olan Yananın komandasının aktivində 6 xalı var və onlar “Fənərbaxça”dan yalnız top fərqinə görə geri qalırlar.

 

Tura isə bu gün yekun vurulacaq. “Vakıfbank”la “Qalatasaray” üz-üzə gələcək.

 

Qeyd edək ki, “Çanakkale Bld” III turda “Beşiktaş”la oynayacaq.