10:17 31-10-2016
news_image

Azərbaycan cüdoçuları Bundesliqanı qazandılar - FOTO

Azərbaycan cüdoçuları Nicat Şıxəlizadə və Orxan Səfərov Almaniya çempionatının qalibi adına layiq görülüblər. Apasport.az saytının məlumatına görə, hər iki idmançımız “Hamburq” klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionu olub.

 

Hamburq təmsilçisi klublararası birinciliyin finalında Münhen "Qrossadern"ini 7:6 hesabı ilə məğlub edib. Hər iki cüdoçumuz həlledici qarşılaşmalarını da qalib başa vurub.

 

Qeyd edək ki, Bundesliqa kubokuna sahib olan Səfərov 60 kq, Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.