13:34 31-10-2016
news_image
3248
TOP OYUNLARI

4 Bakı klubu ilə keçiriləcək çempionatın təqvimi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün start günü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakının 4, Tiflisin 1 klubunun iştirakı ilə keçiriləcək çempionat noyabrın 8-də başlayacaq.

 

Əgər “Telekom”, “Azərreyl” və “Azəryol” voleybolsevərlərə tanışdısa, “Lokomotiv” heç də əvvəlki komanda deyil. Gənclərdən təşkil olunan “Gənclik” bu ildən belə adla çıxış edəcək. Əvəzində “dəmiryolçular” rəsmən tarixin yaddaşına qovuşub.

 

Çempionatın I dövrəsinin təqvimi isə həmişəki “qayda”da qurulub. İlk 3 tur cəmi 4 gündən bir keçiriləcək. Bu isə yarışın gec başlamasını “sığortalamaq” üçündü. Digər iştirakçı - Gürcüstanın “Tbilisi” klubunun isə oyunlara nə vaxt çıxacağı bilinmir. Əsas odu ki, onlar yol pulunu tapsınlar. Belə olacağı halda, federasiya qonaqlar üçün ilk dövrənin 3 oyununu lap 1 günə təyin etsə, təəccüblənməyə dəyməz.

 

Yarışın II dövrəsinin təqviminin isə nə vaxt qurulacağı barədə məlumat yoxdu.

 

Qeyd edək ki, “Telekom” istisna olmaqla, digər komandalar ev oyunlarını “Azərreyl” Voleybol Mərkəzində keçirəcək. Zoran Qayiçin yetirmələri isə ötən il olduğu kimi rəqiblərini yenə “Gənclik” Olimpiya Kompleksində qəbul edəcəklər.

 

I tur

8 noyabr

16:00. “Telekom” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

18:30. “Azərreyl” – “Lokomotiv”

“Azərreyl” Voleybol Mərkəzi

 

II tur

12 noyabr

16:00. “Lokomotiv” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

18:00. “Azərreyl” – “Telekom”

“Azərreyl” Voleybol Mərkəzi

 

III tur

16 noyabr

17:00. “Telekom” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

17:00. “Azərreyl” – “Lokomotiv”

“Gənclik” Olimpiya Kompleksi