11:35 01-11-2016
news_image
980
TOP OYUNLARI

Avrokubok üçün heyət açıqlandı – 7 dəyişiklik

Qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ABU klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokubokdan-avrokuboka peyda olan Bakı təmsilçisi 2015/2016 mövsümünə 17 idmançı ilə başlayacaq.

 

Ötən illə müqayisədə komandanın heyətində 7 dəyişiklik baş verib. Belə ki, baş məşqçi Konstantin Ruvinski oktyabrın 12-də dünyasını dəyişdiyindən komandamızı Belçikanın “Femina Vize” klubu ilə qarşılaşmaya Georgi Voronov çıxaracaq.

 

Ukraynalı mütəxəssis Avropa Həndbol Federasiyasına yalnız 1 debütant sifariş edib. Bu, 16 yaşlı Yana Nəzərovadı. Həmçinin 3 mövsümlük fasilədən sonra Sakinat Abbasova yenidən doğma komandasında kömək edəcək.

 

Bu həndbolçularla yanaşı, Marta Abbasova, Günel Əliyeva, İrina Qasımova, Yana Qornak, Anna Həmidova, Azaliya Həsənova, Aynur Kalmıkova, Vəfa Məmmədova, Anastasiya Metelska, Mədinə Musayeva, Səkinə Musayeva, Səbinə Nuriyeva, Oksana Orexova, Ülviyyə Şərifova və İnarə Yusubova da Voronovun sərəncamında olacaq. Bu oyunçulardan Orexova rusiyalı, Metelska ukraynalı olduğu halda, digərləri Azərbaycan millisinin üzvləridi. 

 

Son mövsümlə müqayisədə Alyona Barbakadze, Anna Cəfərova, Səbinə Smaqina və Səbinə Deqtiaryeva komandadan kənarlaşdırılıb.

 

Qeyd edək ki, ABU Belçikanın “Femina Vize” klubu ilə hər 2 matçı Bakıda keçirəcək. Noyabrın 12-də və 13-də ABU-Arenada baş tutacaq matçlar saat 17:00-da başlanacaq.