14:54 01-11-2016
news_image

Yığmamız ABŞ-a gedəcək heyəti açıqladı

Noyabrın 18-də ABŞ-da veteran cüdoçular arasında dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Ölkəmizi müxtəlif yaş qruplarında Vüqar Hüseynov (60 kq), Rafael Mehdiyev, Vüqar Cəfərov (hər ikisi 66 kq), Vüqar Budaqov, Zülfüqar Hüseynov, Müşfiq Cəfərov, Rauf Fərzəliyev, Azad Abbasov (hamısı 73 kq), Mübariz Cəfərov (81 kq), Seyfal Əsgərov, Fərhad Rəcəbli, Bəxtiyar Abbasov, Vüsal Cəfərov (hamısı 90 kq), Mübariz Pənahov, Azər Əsgərov, Arif Qasımov, İntiqam Ələkbərov, Zaur Paşayev (hamısı 100 kq), Zaur Bağırov (+100 kq) və Zülfiyyə Hüseynova (70 kq) təmsil edəcəklər.

 

Mundiala ümumilikdə 51 ölkədən 904 usta cüdoçu qatılacaq.