12:43 02-11-2016
news_image

Yığmamız Avropa çempionatı üçün heyətini açıqladı

Noyabrın 14-24-də Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edəcək.

 

Komandamızın baş məşqçisi Elbrus Rzayev çempionatda Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

 

Qeyd edək ki, yığmamız yarışa hazırlığın son mərhələsini Bolqarıstanda keçəcək.