00:12 04-11-2016
news_image
611
FUTBOL

“Qəbələ”: Hər iki seriya davam edir - VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsində öz meydanında “Sent-Etyen”lə qarşılaşan “Qəbələ” 1:2 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, bu oyun meydan sahiblərinin iki seriyasının davam etməsi ilə əlamətdar olub.

 

Belə ki, Avroliqada bu mövsüm evdə keçirdiyi bütün oyunlarda qol vuran “Qəbələ” bu dəfə də sevinməyi bacardı.

 

Ancaq ikinci dəfə qatıldığı qrup mərhələsində hələ qələbə sevinci dadmayan Roman Qriqorçukun yetirmələri bu dəfə pis ənənəni poz bilməyiblər.