00:01 06-11-2016
news_image
1545
FUTBOL

“Bu, mənə kömək olacaq” – Jonas Pessalli

“Neftçi”nin futbolçusu Jonas Pessalli “İnter” üzərində qələbədən sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, matçdakı ilk qolun müəllifi “Neftçi TV”-yə açıqlamasında vacib qələbə qazandıqlarını bildirib.

 

O, fikirlərini belə ifadə edib: “Nəinki bu həftə, gəldiyim gündən komanda olaraq gərgin hazırlıq keçirik. Düşünürəm ki, vacib qələbə idi. Bu, komandanın, məşqçi heyətinin və bütün kollektivin qələbəsidir. Hamını təbrik edirəm. Şadam ki, 90 dəqiqə meydanda oldum və oyunda fərqlənə bildim. İnanıram ki, növbəti oyunlarda bu, mənə özünəinam baxımından kömək olacaq”.