14:31 07-11-2016
news_image
645
TOP OYUNLARI

Polina Rəhimova ilk qələbəsini qazansa da, komandası sonuncudu

Qadın voleybolçular arasında Yaponiya çempionatında III turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” PFU klubunu qəbul edib.

 

İlk turda “Marvelus”a, ardınca “Hitaçi”yə 0:3 hesabı ilə uduzan komanda bu dəfə qələbəyə sevinib. Onlar özləri kimi autsayder olan rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

 

Polina görüşdə komandasına 35 xal qazandırıb. O, bu xallardan 32-sini hücumda, 3-cü eyslə qazanıb.

 

Aktivinə 3 xal yazan “Toyota” yenə sonuncu – 8-ci pillədən yaxa qurtara bilməyib. Onlar PFU ilə xallarını bərabərləşdirsələr də, set fərqində geri qalırlar.

 

Qeyd edək ki, “Toyota” növbəti turda NEK-in qonağı olacaq.