16:09 07-11-2016
news_image

Azərbaycan çempionları müəyyənləşdi

Bakıda keçirilən uşu-sanda üzrə Azərbaycan çempionatı başa çatıb. Uşu Federasiyasından apasport.az saytına verilən məlumata görə, müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışda ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

 

Belə ki, 23-cü dəfə təşkil olunan çempionatda Orxan Hətəmov (48 kq), Səfəralı Məmmədrzayev (52 kq), Elçin Eminov (56 kq), Bayram Şəmmədov (60 kq), Rasim Kərimov (65 kq), Taleh İsayev (70 kq) və Məhəmməd Məlikyeqanlı (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, yarış 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının heyətini formalaşdırmaq xarakteri daşıyır.