16:26 07-11-2016
news_image
1223
TOP OYUNLARI

Azərbaycan çempionatında ilk “üçlük” dəyişdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında I dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Naxçıvan Olimpiya Kompleksində keçirilən V turdan sonra turnir cədvəlində dəyişiklik baş verib.

 

Belə ki, “Neftçi” və “Lokomotiv” növbəti qələbələrini qazanmaqla, müvafiq olaraq ilk 2 pillədəki yerlərini qoruyublarsa, MOİK 3-cü yeri ələ keçirib. Onlar buna “Naxçıvan”a qalib gəlməklə nail olublar.

 

Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarışda növbəti 2 dövrənin dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub. Yekunda ilk “dörd”lük yarımfinalda oynayacaq. Bu mərhələ martda olacaq. Final isə apreldə baş tutacaq.

 

V tur

“Lokomotiv” - “Sumqayıt” – 3:0 (25:13, 25:22, 25:14)

MOİK – “Nəqliyyatçı” - 3:2 (25:22, 20:25, 22:25, 25:23, 15:13)

“Neftçi” – “Naxçıvan” – 3:0 (25:16, 25:18, 25:17)

 

 

 

O

Q

M

S

X

1

“Neftçi”

5

5

0

15-1

15

2

“Lokomotiv”

5

4

1

13-4

12

3

MOİK

5

3

2

9-10

7

4

“Naxçıvan”

5

2

3

11-11

7

5

“Nəqliyyatçı”

5

1

4

5-12

4

6

“Sumqayıt”

5

0

5

0-15

0