09:18 08-11-2016
news_image
1010
FUTBOL

Futbolçu hakimi meydanda öldürdü - VİDEO

Meksikada həvəskar komandalar arasında keçirilən oyun faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Tulansinqo şəhərində keçirilən qarşılaşma zamanı komandalardan birinin futbolçusu Ruben Rivera Vaskes hakimi öldürüb.

 

59 yaşlı referi Viktor Trexo qarşılaşmanın gedişində futbolçuya qırmızı vərəqə göstərib. Bu qərardan qəzəblənən Vaskes hakimin üzərinə cumub və ona “kəllə” atıb.

 

Futbolçunun zərbəsi o qədər güclü alınıb ki, Trexo yerindəcə dünyasını dəyişib. Özünü yetirən həkimlər də onu xilas edə bilməyib. İdmançı isə törətdiyi cinayəti dərk edərək, hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları onu axtarır.

 

Qeyd edək ki, 2014-cü ilin iyununda oxşar hadisə ABŞ-ın Livoniya şəhərində yaşanmışdı. Həmin vaxt Miçiqan futbol liqasının oyunu zamanı Bassel Saad onu meydandan qovmağa çalışan hakim Con Beneviçi vurmuşdu. Referi yerli xəstəxanada dünyasını dəyişmiş, futbolçu isə həbs cəzası almışdı.