16:56 08-11-2016
news_image

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında bütün idman növlərində təmsil olunacaq

Gələn il, 12-22 may tarixində Bakıda şəhərində keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çoxnövlü idman yarışlarını əhatə edəcək. Apasport.az saytının məlumatına görə, yarışda idmançılar 20 növdə mübarizə aparacaq.

 

Bunu (atletika və para atletika, su idmanı – suya tullanma, su idmanı – üzgüçülük, su idmanı – su polosu, basketbol 3x3, futbol, gimnastika – idman, gimnastika – bədii, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyətini itirmiş şəxslər üçün cüdo, güləş – yunan, güləş – sərbəst, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo və ağırlıqqaldırma) əhatə etməklə 10 gündən artıq davam edəcək yarışda idmançılar paytaxtımızın 16 müasir məkanında öz ölkələrinin şərəfini qoruyacaqlar.

 

Azərbaycan ev sahibi kimi bütün idman növlərində və çəkilərdə mübarizəyə qatılacaq.

 

2013-cü ilin iyul ayında Cidde şəhərində İslam Həmrəyliyi Oyunları Federasiyasının (İHİF) Ümumi Yığıncağında Oyunların Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb.

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fərmanı ilə Təşkilat Komitəsi yaradılıb və həmin komitəyə rəhbərlik Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya həvalə olunub. Azərbaycanın İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Oyunları İHİF ilə birgə əməkdaşlıqla təşkil edib keçirəcək.