11:02 09-11-2016
news_image
889
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Serbiya klubunu yenə sevindirdi

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın III turunda Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu “Sveti Nikolay Srpski” klubu İtaliya “Padova”sı ilə üz-üzə gəlib.

 

Görüş təmsilçimizin komandasının qələbəsi ilə başa çatıb. Serbiya klubu 3,5:2,5 hesabı ilə qalib gəlib. İlk 2 matçda “Sveti Nikolay Srpski”yə 1 xal qazandıran Məmmədyarov bu dəfə Maksim Vaşye-Laqravı məğlub edib.

 

Qeyd edək ki, “Sveti Nikolay Srpski” III turdan sonra 6 xalla 4-cü pillədədi. Onlar IV turda Rusiyanın “Medni Vsadnik” klubu ilə qarşılaşacaq.