13:58 09-11-2016
news_image

Dünya çempionumuz daha bir rəqibini geridə qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

 

Belə ki, yığmamızın aparıcı cüdoçularından cüdoçularımızdan 3-ü mövqeyini yaxşılaşdırıb. Son cədvəldə 11 pillə irəliləyən Elxan Məmmədov bu dəfə daha bir rəqibini qabaqlayıb. 100 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz 7-ci yerə yüksəlib.

 

Onun kimi, İlqar Müşkiyevlə (60 kq) Aişə Qurbanlı (48 kq) da mövqeyini yaxşılaşdırıb. Həmyerlilərimiz müvafiq olaraq, 13-cü və 39-cu pilləyə qalxıblar.

 

Digər cüdoçularımızdan Rüstəm Orucovla (73 kq) Elmar Qasımova (100 kq) yenə 1-ci, Orxan Səfərov (60 kq) 2-ci, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Məmmədəli Mehdiyevlə (90 kq) Uşanqi Kokauri (+100 kq) 20-cidi.

 

Həmyerlilərimizdən yalnız Tərlan Kərimov (66 kq) geriləyib. O, 38-ci pilləni 44-ə dəyişib.