09:17 10-11-2016
news_image
603
TOP OYUNLARI

Rəqibimiz dünya çempionuna uduzdu

Qadın voleybolçular arasında Türkiyə Superliqasında III tur başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son görüşündə “Fənərbaxça” “Əczaçıbaşı”nı qəbul edib.

 

İstanbul derbisində son dünya çempionları sevinib. “Əczaçıbaşı” “sarı bülbüllər”ə set versə də, xal verməyib – 3:1 (25:22; 18:25; 25:23; 25:22).

 

Bu qarşılaşmadan sonra aktivində 6 xalı olan “Fənərbaxça” 6-cı yerə enib, onları 1 xal qabaqlayan “Əczaçıbaşı” isə 5-ci pilləyə qalxıb.

 

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasının qrupunda Azərbaycan Super Liqasının qalibi “Azərreyl”in rəqibidi.