15:16 10-11-2016
news_image
430
TOP OYUNLARI

Azərbaycan çempionatının yarımfinalçılarından 3-ü “yoxa çıxdı”

Kişi basketbolçular arasında Azərbaycan çempionatının iştirakçılarının siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, XXIV dəfə keçiriləcək yarışa cəmisi 7 klub qatılacaq.

 

Bu, ötən illə müqayisədə 1 komanda azdı. Belə ki, son mövsüm yarımfinalda mübarizə aparan klublardan çempion AzTOP tarixin yaddaşına qovuşduğu halda, bürünc medalçı “Bakı” çempionatda “Səksənincilər”, onların mükafatdan məhrum etdiyi “Baku Oilers” "Veteranlar" adı altında oynayacaq. Həmçinin daima autsayder olan Bakı Dövlət Universitetinin komandası “sıradan çıxarılıb”.

 

Əvəzində gümüş medalçı NTD BK çempionata əsas komanda ilə yanaşı, 16 yaşlılardan ibarət yığmasını da çıxaracaq. Bununla yanaşı, son ildəki klublardan “Araz” və “Dərviş” yenə nəyə qadir olduqlarını göstərməyə çalışacaqlar.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (AzDNSU) komandası isə yarışda debüt edəcək.

 

Qeyd edək ki, yarış noyabrın 12-də başlayacaq və oyunlar Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək.