15:31 10-11-2016
news_image
505
TOP OYUNLARI

Açılış oyunu dəqiqləşdi, “Veteranlar” istirahətə “göndərildi”

Kişi basketbolçulardan ibarət XXIV Azərbaycan çempionatının ilk turunun təqvimi açıqlanıb. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, noyabrın 12-də start götürəcək yarışın açılış matçı NTD BK və “Araz” klubları arasında olacaq.

 

Görüşün start fiti saat 12:00-da veriləcək. Ardınca NTD U-16 AzDNSU-nu, "Səksənincilər" "Dərviş"i sınağa çəkəcəklər.

 

I tur

12.00. NTD BK - "Araz" 

13.30. "NTD U16" - AzDNSU

15.00. "Səksənincilər" - "Dərviş"  

 

Qeyd edək ki, çempionat 7 komandanın iştirakı ilə keçirildiyindən "Veteranlar" istirahət edəcək. Oyunlar isə Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq.