18:24 12-11-2016
news_image
786
TOP OYUNLARI

ABU-dan asan qələbə - YENİLƏNİB

Bu gün qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən ABU da ilk qarşılaşmasına bu gün çıxıb.

 

Komandamız Bakıda Belçika çempionatının gümüş medalçısı “Femina Vize” ilə üz-üzə gəlib. Ölkəsinin 9 qat çempionu və 10 qat kubokunun sahibi olan 41 yaşlı rəqiblə matç Rəfiqə Şabanovanın yetirmələri üçün kifayət qədər asan alınıb.

 

Hər 2 görüşün paytaxtımızda keçirilməli olan komandamız ilk qarşılaşmada böyük fərqlə qalib gəlib. İlk yarını 14:10 hesabı ilə öndə tamamlayan ABU fasilədən sonra fərqi artırıb – 26:16.

 

12 noyabr

“Femina Vize” (Belçika) – ABU (Azərbaycan) – 16:26 (10:14)

Hakimlər: İsmail Metalari, Nenad Nikolovski (hər ikisi Makedoniya)

Bakı, ABU-Arena

 

Qeyd edək ki, ikinci matç sabah saat 17:00-da başlayacaq.