22:07 12-11-2016
news_image
1048
FUTBOL

Braziliyadan “anti-Messi” əməliyyatı - VİDEO - FOTO

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Braziliya – Argentina matçında maraqlı epizod yaşanıb. Apasport.az saytının məlumatına görə, oyununun gedişatında Argentina millisi cərimə zərbəsi vurarkən, braziliyalılar maraqlı canlı sədd qurublar.

 

Belə ki, 4 nəfərdən ibarət qrupun arxasında Marselo dizini yerə qoyaraq dayanıb. Bununla o, zərbəni yerinə yetirən Messinin mümkün sürpriz zərbəsinin qarşısını almağı hədəfləyib.

 

Çünki, daha əvvəl Uruqvayla oyunda “Barselona”nın super ulduzu məhz zərbə anında yuxarı tullanan səddin ayaqları altından topu qapının yaxın küncünə yollamışdı. Budəfəki zərbə isə hava ilə uzaq küncə ünvanlansa da, Neymara dəyib və geri qayıdıb.

 

Messinin Uruqvayla oyunda vurduğu qolu təqdim edirik.