09:41 14-11-2016
news_image

Yığmamız mundiala 14 taekvondoçu ilə qatılacaq

Noyabrın 16-da gənc taekvondoçular arasında dünya birinciliyi start götürəcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Kanadanın Burnabı şəhərində təşkil edilən birinciliyə millimiz də qatılacaq. 


102 ölkədən 846 gənc taekvondoçunun mübarizə aparacağı yarışda millimiz 8 oğlan və 6 qız idmançı ilə təmsil olunacaq.

 

Baş məşqçi Məmməd Abdullayev mundialda Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıliyevaya (55 kq) şans verəcək.

 

4 gün davam edəcək dünya birinciliyi Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək.

 

Qeyd edək ki, komandamız federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında Kanadaya yollanıb. Millimiz noyabrın 21-də vətənə dönəcək.