09:42 14-11-2016
news_image
1326
TOP OYUNLARI

Polina Rəhimova Yaponiyada ən dəyərli voleybolçu seçildi

Qadın voleybolçular arasında Yaponiya çempionatında V turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Toray”ın qonağı olub.

 

İlk 4 turda 3 xal toplayan “avtomobilçilər” bu dəfə çətinliklə də olsa qalib gəlib – 3:2 (13:25, 26:24, 24:26, 22:25, 11:15).

 

Görüşdə komandasına 43 xal qazandıran Polina matçın ən dəyərli oyunçusu seçilib. O, bu xallardan 36-sını hücumda, 3-nü blokda, 4-nü isə eyslə əldə edib.  

 

 

Bu qələbədən sonra aktivindəki xalların sayını 5-ə çatdıran “Toyota” son pillədən yaxa qurtarıb. 2 rəqibini qabaqlayan komanda 6-cı yerə yüksəlib.

 

Qeyd edək ki, “Toyota” növbəti turda “Okayama”nı qəbul edəcək.