13:45 14-11-2016
news_image
1121
DÖYÜŞ NÖVLƏRİ

Tel-Əvivdə uğur qazanan cüdoçularımız vətənə qayıtdı - FOTOSESSİYA

İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən Avropa birinciliyində tarix yazan cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri vətənə qayıdıblar. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və cüdo ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

 

Qeyd edək ki, millimiz İsraildən 2 medalla qayıdıb. 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 90 kq çəkidə yarışan Firudin Dadaşov isə qitə birinciliyinin bürünc medalını qazanıb.