17:08 14-11-2016
news_image
647
DİGƏR NÖVLƏR

İradə Rüstəmzadə İdman Naziriliyindən ayrıldı

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) nəzarətində olan 6 sektordan 2-sinin müdiri vəzifəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, nəzarətində olan 2 sektorun rəhbəri öz ərizəsi ilə işdən ayrılıb.

 

Bunlar dopinqə qarşı mübarizə sektorunun rəhbəri İradə Rüstəmzadə və idman məktəbləri sektorunun müdiri Mütalib Həsənovdu.