00:01 16-11-2016
news_image

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatına start verilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin apasport.az saytına verdiyi məlumata görə, ötən gün başlayan mübarizədə rinqə ilk olaraq Anna Elimerdanova çıxıb.

 

54 kq çəki dərəcəsində mübarizə aparan xanım atletimizin ilk rəqibi belaruslu boksçu Helina Bruyeviç olub.

 

1/8 final döyüşündən qələbə ilə ayrılan Anna növbəti mərhələyə yüksəlib.