09:32 16-11-2016
news_image
1486
TOP OYUNLARI

Çempionlar Liqası: İtaliya və Polşa klubları rəqibimiz ola bilər

Qadın voleybolçular arasında Çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk matçlarda gözlənilməz nəticələr qeydə alınmayıb.

 

Belə ki, “Sen-Rafael” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə C qrupunda yer alan Super Liqanın qalibi “Azərreyl”in son rəqibi çox güman ki, “Dabrova Qornitsa” olacaq. Polşa təmsilçisi səfərdə “Agel”i (Çexiya) məğlub edib.

 

Vitse-çempion “Telekom”a isə İtaliyanın “Modena” klubu rəqib olmağa yaxındı. Onlar ilk qarşılaşmada Fransa “Kann”ına “quru hesabla” qalib gəliblər. İtaliya təmsilçisi cavab matçında da eyni uğuru təkrarlayarasa, Bakı klubu, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) ilə qarşılaşmaq hüququ qazanacaq.

 

Digər cütlərdə isə “Əczaçıbaşı” (Türkiyə) və “Vizura” (Serbiya) qələbə qazanıblar.

 

Komandalar arasında ikinci matçlar noyabrın 19-da olacaq.

 

III təsnifat mərhələsi, ilk oyunlar

“Minçanka” (Belarus) - “Əczaçıbaşı” (Türkiyə) – 1:3 (22:25; 25:21; 11:25; 19:25)

“Agel” (Çexiya) - “Dabrova Qornitsa” (Polşa) – 1:3 (25:13; 19:25; 19:25; 17:25)

“Modena” (İtaliya) - “Kann” (Fransa) – 3:0 (25:19; 25:23; 25:16)

“Vizura” (Serbiya) - “Dinamo” (Krasnodar, Rusiya) – 3:2 (23:25; 25:21; 19:25; 25:19; 15:7)