10:44 17-11-2016
news_image
3042
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız üçün Avropa çempionatında ilk itki

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatında növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

 

48 kq çəki dərəcəsində mübarizə aparan Əzizə Abbasova macarıstanlı Virginya Barankayla döyüşüb. Təəssüf ki, o, qarşılaşmadan 0:3 (37:39; 37:39; 37:39) hesablı məğlubiyyətlə ayrılıb.

 

Bu gün daha 2 təmsilçimiz yarışa qoşulacaq. Anaxanım Ağayeva (51 kq) Yelena Saveleva (Rusiya) ilə, Yana Alekseyevna (60 kq) Esra Yıldızla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, çempionata 9 boksçu ilə yollanan millimizin heyətində Abbasovadan öncə Anna Əlimərdanova (54 kq) ilk döyüşünü keçirib. Belaruslu Elina Bruyeviçi 3:0 hesabı ilə məğlub edən boksçumuz 1/4 finalda Yelena Envallla (İsveç) qarşılaşacaq.