09:44 18-11-2016
news_image

2 boksçumuz növbəti mərhələdə - mundiala uğurlu start

Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

 

Boksçularımızdan Ramazan Abdullayev (56 kq) Yordan Kamaço (İspaniya) ilə üzə gəlib. Gərgin keçən qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 30:27, 28:29, 28:29, 29:28). O, 1/16 finalda puerto-rikalı Xavier Aponte ilə döyüşəcək. Görüş sabah olacaq.

 

Ondan fərqli, Məhəmməd Abdullayev (+91 kq) asanlıqla mərhələ adlayıb. İdmançımız litvalı Marek Korolkovu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Şihi Kevinlə (İrlandiya) qüvvəsini sınayacaq. Döyüş noyabrın 22-də baş tutacaq.

 

Bu gün isə “Sibur Arena”da daha 3 təmsilçimiz gücünü yoxlayacaq. Ruslan Rüstəmov (52 kq) Sebastian Arbuzu (Rumıniya), Bəxtiyar Qazabəyov (64) Bəhruz Rəhmanovu (Özbəkistan) və Elxan Əliyev (81 kq) Reyal Purini (Hindistan) sınağa çəkəcək.

 

Qeyd edək ki, yığmamız mundialda 11 çəkidən 10-da təmsil olunur.