10:18 18-11-2016
news_image
528
TOP OYUNLARI

Azərbaycan çempionatının mükafatçısı Moskva “Dinamo”sunda

Tarixin yaddaşına köçən “Lokomotiv”in sabiq voleybolçusu Aleksnadra Çrnçeviç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, son 2 mövsümü “dəmiryolçular”ın heyətində keçirən serbiyalı hücumçu karyerasını Rusiyada davam etdirəcək.

 

2015/2016 mövsümündə “dəmiryolçular”la Azərbaycan Super Liqasının bürünc medalını qazanan Aleksandra 2017-ci ilin mayınadək Moskva “Dinamo”su ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Çrnçeviç mövsümün əvvəlində Türkiyənin “Nilüfər Bələdiyyəspor” klubu ilə razılıq əldə etsə də, 1 aydan sonra problem səbəbindən komandadan ayrılmışdı.