12:56 18-11-2016
news_image

2 boksçumuz Avropa çempionatını erkən başa vurdu

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günü Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.

 

Təəssüf ki, hər 2 boksçumuz yarışı startdaca bitirib. Anaxanım Ağayeva (51 kq) Yelena Savelevaya (Rusiya) 0:3, Yana Alekseyevna (60 kq) isə Esra Yıldıza (Türkiyə) 1:2 hesabı ilə məğlub olub.

 

Bununla da çempionatla vidalaşan təmsilçilərimizin sayı 3-ə çatıb.

 

Bu gün isə daha 2 təmsilçimiz yarışa qoşulacaq. Məhsəti Həmzəyeva (57 kq) Ana Starovoitova (Litva), Şəhla Allahverdiyeva (64 kq) Gülsüm Tatarla (Türkiyə) döyüşəcək.

 

Qeyd edək ki, çempionata 9 boksçu ilə yollanan millimizin heyətində hələlik Anna Əlimərdanova (54 kq) ilk döyüşünü qələbə ilə bitirib. Belaruslu Elina Bruyeviçi 3:0 hesabı ilə məğlub edən boksçumuz 1/4 finalda Yelena Envallla (İsveç) qarşılaşacaq.