15:11 18-11-2016
news_image
699
TOP OYUNLARI

II dövrə başlayır: “Azəryol” “Azərreyl”i lider edə bilər

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, IV turun hər 2 qarşılaşması yenə eyni gündə baş tutacaq.

 

Günə “Azəryol” – “Telekom” matçı ilə start veriləcək. Qarşılaşmada Zoran Qayiçin yetirmələri aşkar favoritdi. İlk dövrədə uduzmayan “rabitəçilər”in bu dəfə də qalib gələcəyi gözləniləndi. Onlar qələbə sayəsində liderliklərini də qoruyacaqlar. Lakin bu “Telekom”a heç də asan başa gəlməyəcək. Çünki turdan-tura daha yaxşı oynayan “Azəryol” I dövrədəki kimi rəqibinin əsəbləri ilə oynaya bilər. Onlar qalib gələcəkləri halda, ikinci yerə də iddia edə bilərlər.

 

“Telekom”un uduzması isə həmişəki kimi “Azərreyl”ə sərf edir. Çünki bu qeydə alınarsa, son çempion yenidən birinci pilləyə yüksələcək. “Lokomotiv”lə qarşılaşacaq Famil Ağayevin yetirmələrinin isə nəinki xal, heç set itirməsi proqnozlaşdırılmır. Çünki rəqibləri çox zəifdilər və bəzən top qəbulunda belə bir-birlərini başa düşmürlər.

 

IV tur

19 noyabr

16.00. “Azəryol” - “Telekom”

Voleybol Mərkəzi

İlk dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)

 

18.00. “Lokomotiv” - “Azərreyl”

Voleybol Mərkəzi

İlk dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:14, 25:10, 25:8)

 

 

Telekom

3

3

0

9-3

287-227

8

Azərreyl

3

2

1

8-5

287-238

6

Azəryol

3

1

2

6-6

251-254

4

Lokomotiv

3

0

3

0-9

119-225

0

Gürcüstan

0

0

0

0

0

0