21:22 18-11-2016
news_image
1173
TOP OYUNLARI

Türkiyə nəhənginə ŞOK transfer qadağası

Türkiyənin “Beşiktaş” klubunun basketbol şöbəsinə ağır cəza verilib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) İstanbul nəhənginə transfer qadağası qoyub.

 

Bununla əlaqədar rəsmi açıqlama klub tərəfindən verilib. Bildirilib ki, FİBA keçmiş oyunçulara və eks baş məşqçi Henrik Dirtmana ödəməli olduğu məbləğləri vaxtında vermədiyi üçün bu cəzaya məruz qalıb.

 

Klub rəsmiləri bildiriblər ki, tezliklə bütün ödəmələr yerinə yetiriləcək və qadağa aradan götürüləcək.