09:19 21-11-2016
news_image
910
TOP OYUNLARI

Polina Rəhimova 2 oyunda 64 xal topladı

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti 2 turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” VI turda “Okayama”nı qəbul edib. 

 

Qarşılaşma “avtomobilçilər”in asan qələbəsi ilə başa çatıb. “Toyota” rəqibinə bir set belə verməyib - 3:0 (25:18, 25:22, 25:20). Rəhimova görüşdə 32 xal toplayıb. O, bu xallardan 29-unu hücumda, 2-ni blokda, 1-ni isə eyslə əldə edib.  

 

“Toyota” ardınca – VII turda “Hisamitsu”nun qonağı olub. Komanda bu də uğurunu təkrarlaya bilməyib və 1:3 (25:18; 25:22; 25:16; 25:14) hesabı ilə uduzub. Polina bu dəfə 32 xal yığıb. O, bu xallardan 27-sinə hücumda, 4-ünə blokda, 1-ni isə eyslə sahib olub.  

 

Beləliklə, həftəsonu 2 qarşılaşmadan 3 xal toplayan “Toyota” hesabındakı xalların sayını 8-ə çatdırmaqla, 6-cı yerə yüksəlib.

 

Qeyd edək ki, “Toyota” növbəti turda PFU-nu qəbul edəcək.