10:54 21-11-2016
news_image
2373
TOP OYUNLARI

Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri dəqiqləşdi

Qadın voleybolçular arasında Çempionlar Liqasının bütün qruplarının tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsindən sonra mübarizəni davam etdirəcək 4 klubun adına aydınlıq gəlib.

 

Bunlar “Əczaçıbaşı” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa), “Modena” (İtaliya) və “Dinamo” (Krasnodar, Rusiya) klublarıdı. İlk 3 komanda birinci matçda olduğu kimi, yenə qalib gəldiyi halda, şimal qonşularımızın təmsilçisi 2 oyunun fərqinə görə mərhələ adlayıb.

 

Bu klublardan ikisi isə Azərbaycan klublarına rəqib olub. Belə ki, “Dabrova Qornitsa” Super Liqanın qalibi “Azərreyl”, həmçinin “Sen-Rafael” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə mübarizəni C qrupunda davam etdirəcək.

 

Vitse-çempion “Telekom”a isə İtaliyanın “Modena” klubu rəqib olub. İtaliya təmsilçisi Bakı klubu, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) ilə qarşılaşmaq hüququ qazanıb.

 

III təsnifat mərhələsi, cavab oyunları

“Əczaçıbaşı” (Türkiyə) – “Minçanka” (Belarus) – 3:0 (25:14, 28:26, 25:19)

İlk oyun: 3:1

 

“Dabrova Qornitsa” (Polşa) – “Agel” (Çexiya) – 3:1 (25:19; 23:25; 25:19; 26:24)

İlk oyun: 3:1

 

“Kann” (Fransa) – “Modena” (İtaliya) – 1:3 (24:26; 26:28; 25:23; 9:25)

İlk oyun: 0:3

 

“Dinamo” (Krasnodar, Rusiya) – “Vizura” (Serbiya) – 3:0 (25:23; 25:18; 25:18)

İlk oyun: 2:3

 

Beləliklə, qrupla belə formalaşıb:

 

Qrup mərhələsi

A qrupu: “Ximik” (Polşa), “Konegliano” (İtaliya), “Telekom” (Azərbaycan), “Modena” (İtaliya)

B qrupu: “Dinamo” (Moskva, Rusiya), “Volero” (İsveçrə), “Alba” (Rumıniya), “Dinamo” (Krasnodar, Rusiya)

C qrupu: “Azərreyl” (Azərbaycan), “Sen-Rafael” (Fransa), “Fənərbaxça” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa)

D qrupu: “VakıfBank” (Türkiyə), “Dresdner” (Almaniya), “Uralochka” (Rusiya), “Əczaçıbaşı” (Türkiyə)