16:26 21-11-2016
news_image
474
TOP OYUNLARI

Yığmamızın kapitanı oynamadı, komandası qələbə qazandı

Qadın voleybolçular arasında İtaliya A seriyasında VI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Boltsano”nun qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğurlu alınıb. “Firenze” 3:1 (25:19, 25:22, 19:25, 26:24) hesabı ilə qələbəyə sevinib. Lakin yığmamızın kapitanı matçda forma geyinməyib.

 

Bu qələbə “Firenze”ni 7-ci yerə yüksəldib. Onların aktivində 8 xalı var.