18:47 21-11-2016
news_image
663
TOP OYUNLARI

Voleybol Federasiyasında prezident dəyişikliyi

Türkiyə Voleybol Federasiyasına yeni prezident seçilib. Apasport.az saytının məlumatına görə, növbəti 4 ildə quruma rəhbərliyi Mehmet Akif Üstündağ edəcək.

 

Bu gün baş tutan seçkilərə tək namizəd kimi qatılan və prezident seçilən funksioner bildirib ki, federasiya üzvlərinin etimadını doğruldacaq. 38 ildi Türkiyə idmanında olan Üstündağ ölkə voleybolunun daha yüksək pillələrə qalxacağına da inam ifadə edib.

 

Qeyd edək ki, o, bu postda Özkan Mutlugili əvəzləyib.