10:16 22-11-2016
news_image
2345
DÖYÜŞ NÖVLƏRİ

Vitali Rəhimov olimpiya medalını təhvil verməlidi! - RƏSMİ

Dünya Güləş Birliyi (UWW) 2008-ci ildə Pekində keçirilmiş Yay Olimpiya Oyunlarının medallarının yeni bölgüsünü aparıb. Apasport.az saytının məlumatına görə, UWW Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 5 mükafatçının nəticəsini ləğv etdiyindən həmin çəki dərəcəsində medalların yeni sahiblərinin adlarını açıqlayıb.

 

Yunan-Roma güləşi üzrə 60 kq çəki dərəcəsində Azərbaycan idmançısı Vitali Rəhimovun əlindən alınan gümüş medal qazaxıstanlı Nurbahıt Tenizbayevə verilib. Yarımfinalda Rəhimova uduzan asiyalının bürüncü gümüşə dəyişməsindən sonra üçüncü yeri sahibi çinli Janq Şenq elan edilib. Bürünc medal uğrunda Tenizbayev uduzan çinli qırğız Ruslan Timenbayevlə birgə 3-cü yerin sahibi kimi tarixdə qalıb.

 

Maraqlıdı ki, gümüş medalı əlindən vermək istəməyən Vitali kimi, Tenizbayevi “bürünc”ü də daha yüksək əyarlı medala dəyişməyin əleyhinədi. O, öz feysbuk səhifəsində bildirib ki, həmin gün yarımfinalda rəqibindən zəif olub. Nurbahıt Rəhimova hörmətlə yanaşdığını, ikinci yerin də həmyerlimizə məxsus olduğunu qeyd edib.

 

Qeyd edək ki, artıq UWW yerləri açıqladığından hər 2 güləşçinin fikirləri əhəmiyyətsiz sayılır.