11:51 23-11-2016
news_image
572
TOP OYUNLARI

Bakı klubunun sifariş ərizəsi

“Telekom” Avropa Voleybol Konfederasiyasına sifariş vərəqini göndərib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Super Liqada olduğu kimi Çempionlar Liqasında da 13 voleybolçunun gücündən istifadə edəcək.

 

Komandanın məşqçilər korpusuna Zoran Qayiç rəhbərlik edəcək. Vasif Talıbov, Xanlar Ələkbərov, Dord Nahod (seleksiyaçı məşqçi) və Filip Pavçiç (fizioterapevt) isə ona köməklik edəcəklər.

 

“Telekom”un Çempionlar Liqası üçün heyəti

 

Toppaylayıcılar: 2. Yana Əzimova (Azərbaycan), 13. Sladyana Mirkoviç (Serbiya)

 

Hücumçular: 1. Anastasiya  Baydyuk, 3. Yelizaveta Səmədova, 5. Marqarita Əzizova, 9. Anastasiya Bessonova (hamısı Azərbaycan), Yovana Vesoviç (Serbiya), 12. Kseniya İvanoviç (Monteneqro)

 

Blokçular: 4. Aleksandra Petroviç (Serbiya), 7. Qabriela Koyeva (Bolqarıstan), 11. Olena Həsənova (Azərbaycan)

 

Liberolar: 8. Mariya Filipova (Bolqarıstan), 18. Ülkər Kərimova (Azərbaycan)

 

Baş məşqçi: Zoran Qayiç

 

Qeyd edək ki, Bakı təmsilçisi Çempionlar Liqasının A qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik”lə (Polşa) oynayacaq.