15:20 24-11-2016
news_image
1019
TOP OYUNLARI

“Bəxtin də tərəfimizdə olduğunu etiraf etməliyəm” – “Nasional”ın futzalçısı

“Araz” çox güclü komandadı. Bu rəqibin heyətində 5 braziliyalı legioner var. 40 dəqiqə boyu oyuna tam köklənmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Nasional” klubunun futzalçısı Renato Koturoviç deyib.

 

O bildirib ki, UEFA kubokunun elit-raundunun ilk turunun “Araz”la oyunundakı 2:1 hesablı qələbədə bəxt amili də rol oynayıb: “Əgər biz müdafiədə boşluq buraxsaydıq, Azərbaycan çempionu bundan yararlanardı. Lakin bəxtin də tərəfimizdə olduğunu etiraf etməliyəm. Üç dəfə onların zərbəsi dirəkdən dönüb. “Araz” üzərində qələbənin əhəmiyyəti çox böyükdü. Bizi favoritlərdən saymırdılar. Şanslarımız da yüksək qiymətləndirilmirdi. Lakin çox güclü rəqibə qalib gəldik. Bu da bizdə özünəinamı daha da artırır. Növbəti rəqibimiz “Hamburq”la matça da eyni yanaşıb, qalib gəlməyə çalışacağıq”.