18:55 27-11-2016
news_image
323
TOP OYUNLARI

Qonaqlar qələbəyə həsrətdi

Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutan AZAL – “Sumqayıt” matçı 1:1 hesablı bərabərliklə başa çatıb. Apasport.az saytının məlumatına görə, bu nəticə ilə iki komanda arasındakı oyunlarda müşahidə olunan seriya da davam edib.

 

Belə ki, “təyyarəçilər”lə “kimyaçılar”ın bu vaxta qədər üz-üzə gəldikləri 21 çempionat oyununun son 8-ində qonaq komanda qalib gələ bilməmişdi.

 

Bugünkü matçda da Samir Abasovun komandası qələbəyə həsrət qalaraq seriyanı 9 matça çıxarıb.

 

Qeyd edək ki, bu oyun da daxil olmaqla iki klub arasındakı son 10 görüşdə AZAL cəmi bir dəfə uduzub ki, o da bu ilin fevral ayında baş verib – 0:2.