17:19 29-11-2016
news_image
1239
TOP OYUNLARI

Liderlə xal fərqli 1-ə endi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, yeganə matçda “Lokomotiv” - “Azərreyl”lə üz-üzə gəlib.

 

IV turdan təxirə salınan “dəmiryolçular”ın duelində Famil Ağayevin yetirmələri qələbə qazanıblar. Onlar yalnız ilk setdə müqavimətlə üzləşiblər. Lakin sonradan rəqibinə çətin anlar yaşadan "Azərreyl" "quru hesab"la qalib gəlib. Bu qələbə komandanın “Telekom”la xal fərqini 1-ə endirib. 

 

29 noyabr

IV turdan təxirə salınan oyun

“Lokomotiv” - “Azərreyl” - 0:3 (20:25; 12:25; 15:25)

Voleybol Mərkəzi

 

 

Telekom

5

5

0

15-5

475-360

13

Azərreyl

5

4

1

14-5

437-318

12

Azəryol

5

2

3

11-9

425-404

8

Lokomotiv

5

1

4

3-12

241-360

3

Gürcüstan

4

0

4

0-12

164-300

0