17:22 30-11-2016
news_image
578
TOP OYUNLARI

“Azərreyl”in voleybolçusu yığmamızla düşmələrindən razıdı

“Rusiya və Serbiya ilə eyni qrupa düşmək istəmirdik. Püşk də arzumuzu reallaşdırdı”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstan millisinin voleybolçusu Edina Dobi deyib.

 

Ötən mövsüm “Azəryol”, bu il “Azərreyl”də oynayan blokçu Avropa çempionatının püşkünə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan, Almaniya və Polşa ilə A qrupunda yer almaları növbəti mərhələ şanslarını artırır: “Püşkdən narazı qala bilmərik. Azərbaycan və Polşanı yaxşı tanıdığımızdan onlarla görüşdə şansımız var. Amma qrupun favoriti Almaniyadı”.

 

Qeyd edək ki, Avro-2017 Azərbaycan və Gürcüstanda keçiriləcək.