10:23 01-12-2016
news_image
970
STOLÜSTÜ OYUNLAR

Dünya şahmat tacının qalibi bəlli oldu

Dünya şahmat tacı uğrunda görüşün qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Norveç qrossmeysteri Maqnus Karlsen Sergey Karyakinlə (Rusiya) mübarizədən qalib ayrılıb.

 

Nyu-Yorkda keçirilən görüşün əsas oyunlarında bərabərlik qeydə alınıb. Qrossmeysterlər 12 oyunun hərəsində 1 dəfə qələbə qazanıb, digərlərində “sülh” bağlayıb – 6:6.

 

Bu səbəbdən də şahmatçılar mübarizəni rapid matçlarda davam etdiriblər. Sürətli oyunlarda 3:1 hesabı ilə qələbə qazanan Karlsen 2013-cü ildən yiyələndiyi titulu özündə saxlayıb.