17:39 01-12-2016
news_image
597
DİGƏR NÖVLƏR

MOK rəhbərliyində yer alacaq şəxslər müəyyənləşdi

Milli Olimpiya Komitəsində (MOK) rəhbərlikdə yer alacaq digər şəxslər müəyyənləşib. MOK-dan apasport.az saytına verilən məlumata görə, bu gün keçirilən VII Baş Məclisdə növbəti 4 il üçün vitse-prezidentlər, baş katib, eyni zamanda, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının yeni üzvləri müəyyənləşib.

 

Öncə Təftiş Komissiyasının üzvləri seçilib. Buna 5 namizəd olub ki, Hicran Şərifov, Nazim Hüseynov, Firat Hüseynov, Lyudmila Şubina və Fərid Mansurovun namizədliyinə yekdilliklə səs verilib.

 

MOK-un İcraiyyə Komitəsinin üzvlüyünə İlham Əliyev, Mehriban Əliyeva, Rəfiqə Şabanova, Zemfira Meftahəddinova, Zərifə Salahova, Azad Rəhimov, Çingiz Hüseynzadə, Ağacan Abıyev, Sadıq Sadıqov, Namiq Abdullayev, Xəzər İsayev, Fuad Hacıyev və Nazim Hüseynovun namizədliyi də yekdilliklə qəbul olunub.

 

İcraiyyə Komitəsinin qərarına əsasən yeni heyətdə dəyişiklik olmayıb. Belə ki, Ağacan Abıyev yenə baş katib, Çingiz Hüseynzadə, Azad Rəhimov və Xəzər İsayev vitse-prezident vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, MOK-un prezidenti İlham Əliyev seçilib.