00:11 02-12-2016
news_image
2529
FUTBOL

Xaqani Məmmədov: Qarabağ” hücum edən vaxt dedim ki, qurtar artıq, daha bəsdi - VİDEO

“Mən olsaydım, oyunu 25-30 saniyə tez bitirərdim, ancaq oyununun vaxtı ilə bağlı qərar vermək hakimin öz işidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

“CBC Sport” kanalında “Üçüncü hissə” verilişində qonaq olan komitə sədri Topaz Premyer Liqasının XIII turunun mərkəzi oyununu “Qarabağ” – “Qəbələ” matçındakı hakimin mübahisəli qərarları haqqında fikirlərini bölüşüb.

 

Görüşü idarə edən referinin qarşılaşmanı təyin olunmuş vaxtdan artıq oyntaması haqqında danışarkən o, maraqlı fikirlər səsləndirib: “Oyunu evdən, televiziyadan izləyirdim. Almeyda qırmızı vərəqə aldığı üçün vaxt bir az da uzandı. Ancaq düzünü deyim ki, öz-özümə “Qarabağ” hücum edən vaxt dedim ki, qurtar artıq, daha bəsdi. Qurtarsaydı, əla olardı, ancaq vaxta görə ona heç kim nəsə iddia eləyə bilməz”.