10:38 02-12-2016
news_image
1452
TOP OYUNLARI

Yığmamızın voleybolçusu “Beşiktaş”da problemlə üzləşdi

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyakın “Beşiktaş”ın heyətində meydana çıxmamağının səbəbi məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, az öncə İstanbul təmsilçisi ilə müqavilə imzalayan blokçu hələlik “qara qartallar”a kömək edə bilməyəcək.

 

Buna Avropa Voleybol Konfederasiyası (CEV) icazə vermir. Belə ki, “Beşiktaş”ın kişilərdən ibarət komandası ilə CEV arasında problem yarandığı üçün beynəlxalq qurum istanbullulara transfer qadağası qoyub. Bu səbəbdən Poznyakın Türkiyə Superliqasında debütünün vaxtı bilinmir. Lakin “Beşiktaş” rəhbərliyi problemi həll etmək üçün CEV-lə danışıqları davam etdirir.

 

Qeyd edək ki, Kseniya son mövsümdə “Azərreyl”lə Azərbaycan çempionu olub.